“Frayburq” – “Qarabağ” matçının hakimləri açıqlandı

  • By admin
  • 06 Sentyabr 2022 12:40

“Qarabağ”ın Avropa Liqasının G qrupunda 1-ci turda Almaniya “Frayburq”u ilə keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.

Gununsesi.info UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Oyunun referisi  Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri qismində Co de Ueyrdt və Matias Hillaert köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Uim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Almaniyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info