Gəncədə 7 şagird dönərdən zəhərləndi

  • Müəllif: Firuzə
  • 10 Dekabr 2025 10:13

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info