Gəncədə karusel qırıldı: uşaq yaralandı

  • By admin
  • 21 İyun 2022 10:18

Gəncədə bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info