Gəncədə piyadanı maşın vuraraq öldürüb

  • Müəllif: Admin08
  • 25 Oktyabr 2025 20:53

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Gununsesi.info