Premyer Liqa: “Zirə” “Sumqayıt”ı məğlub edib

  • Müəllif: Admin08
  • 25 Oktyabr 2025 20:34

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Zirə”nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 14 xalla altıncıdır.

Günün ilk görüşündə “Sabah” “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

Gununsesi.info