Gəncədə şəhidlərə necə dəyər verilir?

  • Müəllif: Günel
  • 30 İyul 2025 09:24

Xəbər verdiyimiz kimi, Gəncənin girişində magistral yolun kənarları ilə quraşdırılan şəhidlərin plakatlarının söküntüsünə başlanılıb.

Bu məsələ hələ bir neçə ay əvvəl gündəmə gəlmişdi, o zaman ciddi narazılıqla qarşılanmışdı. Həmin zaman yerli icra hakimiyyəti məsələni gündəmdən çıxarsa da, iyulun 28-dən söküntüyə start verilib.

Yaranan sualla bağlı Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ünvanlamışdıq.

İcra Hakimiyyətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirildi ki, şəhid ailələrinin özləri ilə razılıqdan sonra bu addım atılıb və onların özləri həmin plakatları söküb.
Bəs görəsən Gəncədə şəhid ailələrinə diqqət və qayğı, şəhidlərimizə ehtiram hansı formadadır?

Gununsesi.info bu məsələ ilə bağlı araşdırma aparıb.

Günel Həsənova

Gununsesi.info