Gecə saatlarında Bakıda zəncirvari qəza - VİDEO

  • By admin
  • 04 May 2023 10:02

Bu gecə Ağ Şəhərdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə zamanı “Dodge”, “Mercedes E-class”, “Damas” və yol kənarında qəhvə satışı üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

Həmin videogörüntüləri təqdim edirik:

Gununsesi.info