Qaz balonu partlayışı nəticəsində yaralananların sayı artıb – YENİLƏNİB

  • By Günel
  • 21 Mart 2025 20:28

Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.

Gununsesi.info xəbər verir ki, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info