Gömrük terminalında maşınların altından meyit tapıldı

  • Müəllif: Firuzə
  • 20 Fevral 2026 12:32

Bakıda gömrük terminalında meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Gununsesi.info