İyulun 30-da Göygöl rayonunun Quşqara kənd sakini Elşad Mustafayev yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirməsi nəticəsində növbəti gün xəstəxanada ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.