Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) hökumət başçılarının 47-ci iclasında çıxış edib.
Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Kiçik ada dövlətləri qeyri-proporsional olaraq iqlim dəyişikliyindən əziyyət çəkirlər. Azərbaycan çalışır ki, bu ölkələrin problemləri müzakirələrin mərkəzində olsun”,- paylaşımda qeyd edilib.