Türkiyədə saxlanılan sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana qaytarılır.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Gültəkin Hacıbəyli hazırda İstanbul Hava Limanında aidiyyəti qurumun nəzarət məntəqəsində saxlanılır. Onun bu gün Azərbaycana deport ediləcəyi bildirilir.
Xatırladaq ki, Gültəkin Hacıbəyli ötən gün axşam saatlarında evinə Türkiyə polisinin gəldiyini və onu bölməyə apardığını açıqlamışdı. Sabiq deputatın AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin Ramiz Mehdiyevin işi ilə bağlı dindirildiyi qeyd olunur.
Sabiq deputat ittihamları qəbul etmir və onları əsassız adlandırır.













