Güneyli fəal həbs edildi

  • By admin
  • 23 Sentyabr 2022 20:58

“Güney Azərbaycan” hərəkatının fəalı Möhsün Möhsünzadə sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Güneyli fəal həbs olunarkən döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, İranın şəhərlərində Məhsa Əmininin ölümündən sonra baş verən etiraz və iğtişaşlarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb, xeyli insan saxlanılıb.

Gununsesi.info