Marneuli bazarında yerləşən qızıl mağazasında silahlı hücum nəticəsində qətlə yetirilən Sahib Bayramovla bu gün vida mərasimi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, bu cür qətl hadisəsi artıq bir neçə dəfədir ki, təkrarlanır.
Adıçəkilən bölgədə yaşayan azərbaycanlılar deyir ki, bu, milli-etnik zəmində yaşanan hadisələrdir.
Mərhumun anası yerli mediaya bildirib ki, Gürcüstanda qanun yoxdur, hər gün bir nəfər öldürülür:
“Azərbaycanlıları hər yerdə döyürlər, öldürürlər. Hökumət də yoxdur ki, baxsın”.
Afət












