Gürcüstanın hakim partiyası müharibəyə görə məsuliyyət daşıyanların adlarını açıqlayıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2008-ci ildə xarici qüvvələrin sifarişi ilə müharibəyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bunu respublikanın hakim “Gürcü arzusu” partiyasının press-relizində münaqişənin başlanmasına görə məsuliyyət daşıyanların adları açıqlanıb.

“Bu bir faktdır ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri kənar göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, – deyə nəşr yazır.

Müharibənin başlamasının arxasında dəqiq hansı xarici qüvvələrin dayandığı açıqlanmır.

Partiya həmçinin bildirib ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti eks-prezidentin psixi sağlamlığına şübhə ilə yanaşır.

Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze xarici dövlətləri ölkənin daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırıb.

Onun sözlərinə görə, dost xarici dövlətlər “bunun hansı təlatümlərə səbəb ola biləcəyini özləri bilirlər”.

 

 

Gununsesi.info