Hərbi xidmətdə olan şəxslərin uşaqlarına ödənilən müavinətin artırılması təklif olunur

  • By Admin2
  • 16 Mart 2026 15:40

Müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin ailələrinin sosial təminatının gücləndirilməsi məqsədilə onların uşaqlarına ödənilən müavinətin məbləğinin artırılması ilə bağlı təklif irəli sürülüb.

Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, hərbi qulluqçunun müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə onun uşaqlarına verilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, bu yanaşma hərbi xidmət keçən şəxslərin ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə və uşaqların maddi təminatının yaxşılaşdırılmasına töhfə verə bilər.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info