Hərbi prokurorun müavini işdən çıxarıldı - FOTO

  • Müəllif: Firuzə
  • 19 Sentyabr 2025 15:52

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən F.Məmmədov sərəncama götürülüb.

Digər əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

herbi-prokurorun-muavini-isden-cixarildi

 

Gununsesi.info