Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində körpünün üzərində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən ahıl kişini vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub.
Gununsesi.info xəbər verir ki, ölən şəxs Şirvan şəhərində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Babayev Adil Kərəm oğludur.











