Həbsdə olan icra başçısının vəziyyəti pisləşdi - MAHİR QULİYEV BAKI SAĞLAMLIQ MƏRKƏZİNƏ KÖÇÜRÜLÜB

  • By admin
  • 14 Noyabr 2025 13:06

Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.

 

Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər. 

Hazırda  durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.

 

Onu da xatırlafaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı  da keçirib.

Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

O, 11 azadlıqdan məhrum etmə cəzasına məhum olunmuşdu.

Sonradan yuxarı instansiya  məhkəməsi onun cəzasını qismən azaldıb.

 

Elmar

Gununsesi.info