Hikmət Hacıyev: Azərbaycan dövlətinin işi haqq işidir

  • By admin
  • 27 Avqust 2021 12:50

Bu, Vətən müharibəsidir. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Torpaqların azad edilməsinin Azərbaycan xalqının tələbi olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib: “Hazırda ölkədə ümummilli həmrəylik var. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən Pakistan, Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana verilən dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan xalqı dəstək verən dost dövlətləri, həmçinin riyakarları heç vaxt unutmayacaq”.