Hindistan Rusiya neftini Venesuelaya dəyişdi

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 22:26

Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.

Gununsesi.info  xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını deyərək bildirib ki, bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tərəflər, həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəliblər.

Gununsesi.info