Hökumət məşhur vəkillərə təzminat ödəyəcək

  • By admin
  • 28 Mart 2024 14:03

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan gedən şikayətlər üzrə yeni qərarlarını açıqlayıb.

Məhkəmədən Gununsesi.info-un elektron poçtuna göndərilən məlumata görə, şikayətçilər arasında Azərbaycanın tanınmış vəkilləri Elçin Sadıqov və Cavad Cavadov da var.

“Bu məhkəmə işi dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərin tətbiqindən verilmiş şikayətlərlə bağlı idi. Ərizəçilər Konvensiyanın 11-ci və 13-cü maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər. Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 1750 avro mənəvi zərər, hüquqi xərclər əvəzi ödəməlidir”.

 

Afət

Gununsesi.info