Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

  • By admin
  • 28 Mart 2024 14:16

“Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur. Çünki ABŞ, Avropa İttifaqı (Aİ) nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti ancaq və ancaq Rusiyaya qarşıdır. Düz mətnlə belə deyirlər”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Telegram-da paylaşım edib.

“Rəsmi Yerevanın söhbətin nədən getdiyini anlamamazlığa vurması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının reallaşdırılması alətinə çevrilir. Hansı ki, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”, – M.Zaxarova iddia edir.

 

İlhamə

Gununsesi.info