“Human Rights Watch” çağırış etdi: Gürcüstan hökümətinə qarşı tədbirlər sərtləşdirilməlidir

Human Rights Watch Beynəlxalq hüquq müdafiə təşkilatı (İnsan Hüquqları üzrə beynəlxalq hüquq müdafiə təşkilatı) Avropa İttifaqını Gürcüstan hakimiyyətinə qarşı tədbirləri sərtləşdirməyə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hüquq müdafiəçiləri hesab edir ki, Aİ ölkədəki hadisələr fonunda nümayişçilərə qarşı edilən güc və aqres rəftarları araşdırılmalıdır.

Həmçinin, qanunsuz hərəkətlərə görə bəzi qüvvələr məsuliyyətə cəlb edilməlidir.

Gürcüstandakı seçkilərdən sonra yaranmış siyasi və konstitusiya böhranı, ölkədə etiraz aksiyalarına insan hüquqları ilə bağlı vəziyyətin sərt reaksiyası gələcək fəsadlar üçün təhlükədir. Avropa İttifaqı Gürcüstan hakimiyyətinin repressiv hərəkətlərini pisləyib,  qəti addımların vaxtı çatıb. Aİ özbaşına həbslər, qeyri-qanuni güc tətbiqi, zorakılıqların artması ilə bağlı araşdırmaların aparılmasında israrlı olmalıdır”,– deyə təşkilatın bəyanatında deyilir.

 

 

 

Şəbnəm

Gununsesi.info