İrandan Ermənistana silahdaşıma videosu hiddət doğurdu  - Video

  • By admin
  • 30 Sentyabr 2020 12:10

Ötən gündən etibarən İrandan Ermənistana silah daşınmasına dair sosial şəbəkələrdə videolar yayılır. Bununla bağlı iddia olunan video paylaşımlar insanlarda ciddi narahatlığa səbəb olub. 

Gununsesi.info xəbər verir ki, buna etiraz edən İrandakı azərbaycanlıların dünən gecə həmin maşınları yandırdıqları iddia olunur.

Azərbaycan ictimaiyyəti sosial şəbəkələrdə bu kimi halların İranla qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyi prinsiplərinə zidd olduğunu bildirib.

Yayılan videonu  təqdim edirik:

 

Gununsesi.info