İctimai TV həftədə bir dəfə Milli Məclisin fəaliyyətini  işıqlandıracaq

  • By admin
  • 30 Sentyabr 2020 11:57

Oktyabrin 1-dən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq”.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, həmçinin Milli Məclisdə işəqəbulla bağlı da ilk dəfə komissya yaradılıb:

“Milli Məclisin İşlər Idarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda Milli Məclisin Aaratınfa nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb. Aparatda 8 nəfərdən 3 nəfərə, İşlər idarəsində 23 nəfərdən 2 nəfərə endirilib. Nazirlər Kabinetinin 120 saylı qərarına uyğun olaraq minik avtomibilləri üçün yürüş hədləri müəyyən edilib. Eyni zamanda ezamiyyətlər üçün xüsusi qrafik hazırlanıb”.

Gununsesi.info