İcra başçısının sürücüsü qəzada öldü - FOTO

  • Müəllif: Firuzə
  • 10 Avqust 2026 09:33

Zaqatalada ağır yol qəzası baş verib.

Gununsesi.info  lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

İcra başçısının sürücüsü faciəli şəkildə öldü - FOTO

Gununsesi.info