Amerikalı iş adamı İlon Mask “Tesla” şirkətinin səhmlərinin qiymətlərinin düşməsi səbəbindən 21 milyard dollardan çox vəsait itirib
Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” reytinq cədvəlində qeyd olunub.
Məlumata görə, Maskın sərvəti 21,5 milyard dollar və ya 8,84 faiz azalıb. Beləliklə, onun sərvəti hazırda 221,3 milyard dollar təşkil edir. Buna baxmayaraq, amerikalı milyarder dünyanın ən varlı adamları siyahısına başçılıq edir.
Gununsesi.info