“İnsan kitabxanalar”-ın olduğunu bilirdinizmi?

  • By Admin2
  • 06 Fevral 2025 10:30

Dünyanın 80-dən çox ölkəsində “İnsan-Kitabxana”lar var.

Gununsesi.info xəbər verir ki, insanlar bu kitabxanalara gedərək istədikləri “kitabı”, yəni adamı “götürüb” həyat hekayəsinə qulaq asa bilər.

Belə ki, bu ideya ilk dəfə 2000-ci ildə Kopenhagendə (Danimarka) beynəlxalq təşkilat və hərəkat olaraq yaradılmışdır. Bu, adamlara adətən tanımadıqları insanların qeyri-adi həyat hekayətləri dinləməyə şərait yaratmaqla onların yanlış təsəvvürlərini, qorxularını dəf etməyə kömək məqsədi güdür.

Təşkilat kitablardansa adamları müvəqqəti “borc verir”.

Kitab-adamlar həyatda çətinliklər görmüş, sosial təcrid və ya stiqma yaşamış fərdlərdir. Siz kitabxanadan belə kitab-adam “götürməklə” onunla rahat söhbət edə, yaxınlarınızdan soruşmağa çəkindiyiniz sualları verə bilərsiniz.

Orxan Saffari

Gununsesi.info