İrəvanda etirazçılar XİN-ə hücum etdi

  • By admin
  • 24 May 2022 10:43

İrəvanda etiraz edən müxalifət qüvvələri Ermənistan Xarici İşlər Nazirliyinin binasına girişi bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Etirazçılar hakimiyyətə qarşı çıxaraq, baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən kütləvi aksiyalara başlayıb. Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal vəzifəsindən istefa verməsini tələb edir, hakimiyyət dəyişikliyinə qədər aksiyaları dayandırmayacaqlarını bildirirlər.

Gununsesi.info