Sabiq prezident vətənə xəyanətdə ittiham olunur

  • By admin
  • 24 May 2022 10:47

Moldovanın keçmiş prezidenti İqror Dodon vətənə xəyanətdə, korrupsiyada və qanunsuz varlanmada şübhəli bilinir.

Gununsesi.info xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Marianna Kerpeek bildirib.

Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və İnformasiya və Təhlükəsizlik Xidmətinin eks-prezident İqor Dodonun evində axtarışları başlayıb.

Axtarışlar Cinayət Məcəlləsinin 324-cü (passiv korrupsiya), 181-ci maddənin 2-ci bəndi (siyasi partiyanın cinayətkar təşkilat tərəfindən maliyyələşdirilməsi), 337-ci (cinayətkar təşkilat tərəfindən maliyyələşdirilməsi) ilə cinayətlərin törədilməsinə əsaslı şübhə əsasında açılmış cinayət işi çərçivəsində aparılır.

Gununsesi.info