İran hökumətindən ermənilərlə bağlı ŞOK QƏRAR: Təbrizdə... - FOTO

  • By admin
  • 21 Aprel 2022 11:28

Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə məlumat yayıb.

O bildirib ki, sözügedən muzeyin açılmasının rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu Qriqor Çiftçiyanın birgə planıdır.

Erməni yepiskop Qriqor Çiftçiyan yuxarıda adı çəkilən İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də əlavə edib: “Şərqi Azərbaycanda ermənilərə aid qiymətli abidələr var və Müqəddəs Stefan kilsəsi dünya abidələri siyahısına daxil edilmiş əlamətdar yerlərdən biridir. Vilayətdə çoxsaylı erməni abidələrinin olması ilə əlaqədar olaraq, Baş İdarə tərəfindən bərpa, mühafizə və baxım üçün xüsusi tədbirlər görülüb və bu tədbirlərdən sonra Təbrizdə Erməni Muzeyinin yenidən yaradılması gündəmdədir”

“Azad İran” Teleqram kanalının yazdığına görə, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə yerli xalq Güney azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran rejiminin bir ovuc erməninin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə məqsədi sual doğurur.

Gununsesi.info