İran və Türkiyədən önəmli addım: Ortaq Sərbəst Ticarət…

  • By admin
  • 09 May 2023 12:10

İran və Türkiyə Ortaq Sərbəst Ticarət Bölgəsi quracaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Sərbəst və Özəl İqtisadi Bölgələr Yüksək Şurasının Baş katibi Hücətullah Abdülmələki açıqlama verib.

Abdülmələki çıxışında ortaq bölgənin qurulması üçün 18 ölkə ilə görüş keçirdiklərini dilə gətirib.

Türkiyə ilə danışıqların müsbət keçdiyini deyən İran rəsmisi mütəxəssislər tərəfindən aparılan tədqiqatlardan sonra Türkiyə ilə Ortaq Sərbəst Ticarət Bölgəsinin qurulmasına dair razılaşma mətinin hazırlanmaqda olduğunu vurğulayıb.

Razılaşmanın iki ay içində imzalanacağını bildirən M. Hücətullah  Türkiyədə 2 sərbəst ticarət bölgəsini gəzdiklərini də söyləyib.

Qarşılıqlı təcrübə paylaşımı və yaxşı əməkdaşlığı hədəfləyən tərəflər eyni bölgənin idarə edilməsi üçün gərəkli bütün texnoloji transferin üzərində dayandıqlarını ifadə edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info