İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq - Əraqçi

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 23:30

“İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq”.

Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın son bəyanatına cavab olaraq deyib.

“Müdafiə doktrinamız aydındır: gözə göz. İrana, o cümlədən ölkəmizin infrastrukturuna qarşı istənilən təcavüz qəti, güclü və həlledici cavabla qarşılanacaq. Belə bir təcavüzdə istənilən formada iştirak edən və ya ona dəstək verən hər bir tərəf legitim hədəf hesab olunacaq”, – Əraqçi əlavə edib.

Gununsesi.info