İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar

İranın Soyuqbulaq (Mahabad) Şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib.

Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Videodan qəzəbli sakinlərin dövlət binasını yandırdığı və “Ölüm olsun diktatora!” şüarı səsləndirdiyi görünür.

Qeyd edək ki, İranda polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı etirazlar hələ də səngimək bilmir.

Gununsesi.info