İranın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

  • Müəllif: Orxan
  • 20 Avqust 2025 16:10

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Məhəmməd Xatəmi 1997-2005-ci illərdə İran İslam Respublikasının 5-ci prezidenti olub.

 

(Axar.az)