İranlı reper edam cəzasına məhkum edilib

  • By admin
  • 06 Noyabr 2022 12:30

İranda etiraz aksiyalarına qatılan reper Samin Yasin (Seydi) edam cəzasına məhkum edilib.

Gununsesi.info xəbər verir ki, oktyabrın 2-də saxlanılan və işgəncələrə məruz qalan reper Allaha qarşı çıxmaq ittihamı ilə mühakimə edilib.

Yasin ona qarşı irəli sürülən 11 ittihamı rədd edib. Bütün məhkəmə prosesi İran dövlət televiziyasında canlı yayımlanıb. 10 dəqiqəlik prosesdən sonra məhkəmə reper haqqında ölüm hökmü çıxarıb.

Cəmi 10 dəqiqə çəkən məhkəmə prosesi İran dövlət televiziyasında canlı olaraq yayımlanıb. Ona qarşı irəli sürülən 11 ittihamı rədd edən reper haqqında ölüm hökmü çıxarılıb.

Gununsesi.info