Polşada PUMA-2022 təlimləri başlayıb

  • By admin
  • 06 Noyabr 2022 12:21

Polşada həm Böyük Britaniya, həm də ABŞ hərbçilərinin iştirak etdiyi Vışeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) PUMA-2022 təlimləri başlayıb.

Gununsesi.info “PAP”-a istinadla xəbər verir ki, Polşanın 18-ci mexanikləşdirilmiş diviziyasının nümayəndəsi Przemyslav Lipçinskin qeyd edib ki, təlimlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsində birgə işini yoxlamaq və təkmilləşdirməkdir.

Təlimlərdə 2000-ə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı və 300-ə yaxın texnika iştirak edir. Lipçinskinin sözlərinə görə, təlimlərin epizodlarından biri Polşanın “Leopard” tankları, Britaniyanın “Challenger” və Çexiyanın T-72-lərinin birgə atəşə tutulmasını nəzərdə tutur.

Qeyd olunur ki, noyabrın 9-dək davam edəcək təlimlər ssenarisində Ukraynadakı “münaqişədən öyrənilən təcrübə” nəzərə alınıb.

Gununsesi.info