İsrail, Borreli rəsmi səfərdə qəbul etməyəcək

 İsrail hakimiyyəti Avropa diplomatiyasının rəhbəri Josep Borrellirəsmi səfərdə qəbul etməmək qərarına gəlib.

Bu barədə Gununsesi.info The Jerusalem Post-yə istinadən xəbər verir.

Diplomatın Fələstin radikalları ilə İsrail təhlükəsizlik rəsmilərinin hərəkətləri arasında paralellər apardığı “Project Syndicate”dəki məqaləsinə onlar belə reaksiya veriblər. İsrail qəzetinin məlumatına görə, cənab Borrelin ölkəyə şəxsi səfərləri qadağan edilməyib.

Yerusəlim cənab Borreli mövqeyinə görə açıq şəkildə tənqid edib. İsrailin xarici işlər naziri Eli Koen telefon danışığında avropalı diplomatın istifadə etdiyi müqayisələrin qəbuledilməz olduğunu bildirib. “Terrorun qurbanı olan israillilərlə Fələstin Administrasiyasının dəstəklədiyi fələstinli terrorçular arasında müqayisə və ya saxta “tarazlıq” yaratmaq cəhdlərinə yer yoxdur.

Aİ-nin İsrailin daxili siyasətinə müdaxiləsi və terrorçuların ailələrinə təhrik və ödənişlərlə məşğul olan Fələstin qurumlarının maliyyələşdirilməsi dayandırılmalıdır”, – israilli nazir bildirib. Onun sözləri Xarici İşlər Nazirliyinin saytında yer alıb. Departament rəhbəri həmçinin cənab Borreli daim “Fələstin terroru ilə İsrailin terrorla mübarizə səyləri arasında” müqayisələr apardığına görə tənqid edib. Eli Koen Josep Borrell ilə söhbətində qeyd edib ki, Aİ İsrailin strateji tərəfdaşıdır.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info