İsrail qüvvələri nazirliyin sözçüsü Qəzzada qaçırarkən ayağından yaralayıb

  • Müəllif: Orxan
  • 22 İyul 2025 14:12

Bildirilib ki, Əbu Yusuf ən-Nəccar xəstəxanasının direktoru və Səhiyyə Nazirliyinin sözçüsü Mərvan əl-Həms İsrail hərbçiləri tərəfindən qaçırılarkən “ayağından yaralanıb”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi , İsrailin hücumu altında olan Qəzza zolağında səhra xəstəxanalarının rəhbəri, Əbu Yusuf ən-Nəccar xəstəxanasının direktoru və Səhiyyə Nazirliyinin sözçüsü Mərvan əl-Həmsin “xüsusi silahlı birləşmə” tərəfindən qaçırılarkən ayağından yaralandığını bildirib.

“Şahidlər həkim Mərvan əl-Həmsin işğal qüvvələrinə bağlı xüsusi təyinatlılar tərəfindən saxlanılarkən ayağından yaralandığını və onun hələ də həbsdə olduğunu bildiriblər”, – nazirliyin açıqlamasında bildirilir.

Bəyanatda Hamsın səhhəti ilə bağlı dərin narahatlıq ifadə olunub, bunun ifadə azadlığının və humanitar fəaliyyətin ciddi şəkildə pozulması olduğu vurğulanıb.

Bəyanatda Hamsın dərhal azadlığa buraxılması tələb olunub.

Qəzza zolağındakı Fələstin hökuməti Əbu Yusif ən-Nəccar xəstəxanasının direktoru və Səhiyyə Nazirliyinin sözçüsü Mərvan əl-Həmsin qaçırılmasını “müharibə cinayəti” adlandırıb.

Hökumətin Media Ofisindən verilən yazılı açıqlamada, İsrail ordusunun Hamsı “insani və həkimlik vəzifəsini yerinə yetirərkən Qəzzanın cənubundakı səhra xəstəxanasına gedərkən” qaçırdığı bildirilib.

Açıqlamada həmçinin İsrail ordusuna bağlı silahlı birləşmənin Həkim Mervan və dostlarını daşıyan təcili yardım maşınına birbaşa atəş açaraq onlardan birinin öldüyü, hücumda iki nəfərin də yaralandığı bildirilib.

Orxan

Gununsesi.info