Kamran Əliyev bu rayonların sakinlərini qəbul edəcək

  • By admin
  • 29 Mart 2022 09:05

kAğdam, Ağcabədi və Laçın rayon sakinlərinin nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də saat 10:00-da Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluq açıqlama yayıb.

Açıqlamaya görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.