“Kanal 13”ün aparıcısı azadlığa çıxdı

 “Kanal 13” Tv -nin əməkdaşı Rüfət Muradlı 25 sutkalıq inzibatı həbsdən sonra azadlığa buraxılıb.

Gununsesi.info -nun xəbərinə görə, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından azadlığa buraxılan jurnalisti ictimai fəallar qarşılayıb.

Xatırladaq ki, Rüfət Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi.

Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi.