Keçirdiyi ad günü ilə səs-küyə səbəb olan direktorun yerinə təyinat oldu – Nazirdən ƏMR

  • By admin
  • 11 Yanvar 2021 15:00

Karantin qaydalarını pozaraq özünə ad günü keçidiyi üçün vəzifəsindən azad edilən  187 saylı məktəbin direktoru Nailə Məmmədovanın yerinə təyinat olub.

Gununsesi.info bildirir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.

Qeyd edək ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Turanə Tağızadə

Gununsesi.info