Kiyevə hücum edən rus ordusunun tank alayı məhv edildi

  • By admin
  • 20 Mart 2022 22:53

Kiyevə növbəti dəfə irəliləməyə cəhd edən rus ordusunun 6-cı tank alayının birləşmiş dəstəsi məhv edilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Brovarski rayonunda bəzi istiqamətlərdə rus bölmələri yanacaq və ərzaq çatışmazlığı yaşayıb:

“Rus ordusu hücum potensialını itirib, demək olar ki, bütün istiqamətlərdə onların irəliləyişi dayandırılıb. Düşmən itki verməkdə davam edir, birlik və bölmələrin şəxsi heyətlə toplanması, maddi-texniki təchizatında ciddi problemlər yaşayır. Xersonda rus hərbi hissələri Milli Qvardiya və polis bölmələri ilə əvəz edilməyə başlanılıb. Rusiya ordu bölmələrinin şəxsi heyətinin itkilərini əvəzləmək üçün Kuban, Primorsk diyarı, Yaroslavl vilayəti və Ural Federal Dairəsinin vilayətlərinin hərbi komissarlıqları tərəfindən gizli səfərbərlik tədbirləri həyata keçirilir”.

Gununsesi.info