Kremldən Gürcüstandakı hadisələrlə bağlı AÇIQLAMA

  • By admin
  • 09 Mart 2023 14:24

“Rusiyanın Gürcüstanda baş verən iğtişaşlarla əlaqəsi yoxdur”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, qonşu ölkədə baş verən hadisələr Kremli narahat edir.

Peskov, həmçinin Gürcüstanda olan rusiyalıları hadisələr fonunda ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, Gürcüstanda “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qanunu geri götürüb.

Gununsesi.info