Krım körpüsündəki partlayış necə təşkil olunub?

  • By admin
  • 09 Oktyabr 2022 11:06

Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrə daşımaq təklifi alıb.

Bu barədə Gununsesi.info Rusiya KİV-nə istinadla xəbər verir.

İddia olunur ki, sürücü kor-koranə istifadə olunub. Onun planlaşdırılan partlayışdan xəbəri olmayıb.

Qeyd edək ki, yük maşınının sahibi 1996-cı il təvəllüdlü Samir Seymur oğlu Yusubov videomüraciət yayıb. O bildirib ki, yük maşını onun adına qeydiyyatda olsa da, həmin avtomobillə əmisi Mahir Nəsib oğlu Yusubov işləyir. O, bütün həyatı boyu yük daşınması ilə məşğul olub.

Gununsesi.info