Krımda PUA hücumu nəticəsində 15 nəfər yaralanıb

  • Müəllif: Admin08
  • 21 Sentyabr 2025 23:08

Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz “Telegram” kanalında məlumat verib.

O hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir.

“Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir”, – o yazıb.

Aksyonov həmçinin kəndlərdən birində sanatoriya və məktəbin ərazisindəki bir neçə obyektə ziyan dəydiyini bildirib.

Gununsesi.info