Kürdəmirdə qatar gənci vuraraq öldürdü

  • By admin
  • 22 Mart 2022 14:12

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndindən keçən dəmir yolunda qeydə alınıb.

Kənd sakini Elgün Bünyəd oğlu Quliyevi qatar vurub. Ağır bədən xəsarətləri alan E.Quliyev hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunası üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info