Laçında işləyən fəhlə minaya düşdü

  • By admin
  • 29 Aprel 2022 16:59

Bu gün, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində Pərvin Salahov piyada əleyhinə minaya düşüb. Bu barədə Laçın rayon Prokurorpuğunun yaydığı məlumatda deyilir.

Laçın rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə işləyən Pərvin Salahov ağır dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki,  2020-ci il noyabrın 10-dan indiyədək 200-ə yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya müxətlif dərəcəli xəsarətlər alıb