London klubunun daha bir oyunu təxirə salındı

  • By admin
  • 02 Yanvar 2021 16:50
Futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu təxirə salınıb.

Yanvarın 3-də planlaşdırılan “Börnli” – “Fulhem” görüşü keçirilməyəcək.

Buna “Fulhem” komandasında koronavirusa yoluxma hallarının artması səbəb olub. Daha əvvəl London təmsilçisinin dekabrın 30-da “Tottenhem”lə matçı eyni səbəbdən baş tutmayıb.

Qeyd edək ki, dekabrın 28-dəki “Everton” – “Mançester Siti” oyunu da koronavirusa görə təxirə salınıb.

Gununsesi.info